
Bu barədə BMT-nin Fələstin xalqına yardım proqramının (UNDP) xüsusi nümayəndəsi Yako Silliers Cenevrədə keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bu ilin mart ayında Dünya Bankı zəruri investisiyaların həcmini 23 milyard dollar həcmində qiymətləndirmişdi. Lakin İsrailin davam edən hərbi əməliyyatları və xüsusilə Qəzza şəhərində baş verən genişmiqyaslı dağıntılar nəticəsində bərpa xərcləri əhəmiyyətli dərəcədə artıb.
Qəzza sektorunda bərpa işlərinin dəqiq müddətini açıqlamayan Yako Silliers bunun əldə ediləcək maliyyə vəsaitindən asılı olduğunu və onilliklər ərzində davam edə biləcəyini vurğulayıb.
UNDP-nin hesablamalarına görə, Qəzza sektoru azı 50 milyon ton həcmində dağıntılardan təmizlənməlidir.