Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Paşinyanın arvadına hazırlanan sürpriz hər kəsi şoka saldı

Dünən axşam İrəvandakı Filarmoniyada Ermənistanın Dövlət Simfonik orkestrinin 15 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib. Tədbirə Baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyan da qatılıb. Lakin Anna konsert zalında xoş olmayan sürprizlə rastlaşıb. Onunla eyni auditoriyada nəfəs almaq istəməyən bir çox tamaşaçılar, o cümlədən məşhur teleaparıcı Lilit Tumanyan və Dövlət Kamera Musiqisi Teatrının direktoru, “Çiçəklənən Ermənistan” fraksiyasının və İrəvan Ağsaqqallar Şurasının üzvü Hripsime Arakelyan və digərləri nümayişkaranə şəkildə zalı tərk ediblər.
RegionTV.info  “Panorama.am”a istinadən xəbər verir ki, bu məsələ erməni ictimai fikrini bu gün məşğul edən əsas məsələdir.
Sabiq səfir Mikael Minasyan özünün facebook səhifəsində yazıb ki, “Lilit Tumanyanın hərəkəti özünə hörmət edən bir vətəndaşın edəcəyi şeydir. Bənzərsiz bir ənənəni başlatdığınız üçün təşəkkür edirəm. Leşlə eyni otaqda olmamaq və onunla eyni havada nəfəs almamaq əla ideyadır. Siz əsl ləyaqətli erməni qadını olduğunuzu bir daha sübut etdiniz. Çox təəssüf ki, donuzların qabağına yal atanların özlərini necə hiss etdiklərini bilmirik”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də