Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda bu Nazirlikdə yoxlamalar BAŞLADI - RƏSMİ

Azərbaycanda bu Nazirlikdə yoxlamalar BAŞLADI - RƏSMİ

Hesablama Palatasının Mədəniyyət Nazirliyində yoxlamalara başladığı bildirilir.

Bu barədə  məlumat daxil olub.

Nazirlikdən sorğumuza cavab olaraq məlumat təsdiqlənib.

Bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən aparılan yoxlama qanunvericilikdə nəzərdə tutulmuş planlı audit tədbiridir. Bu tədbir Palatanın 2025-ci il İş planına əsasən həyata keçirilir və məqsədi dövlət vəsaitlərinin xərclənməsinin qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsidir. 

"Mədəniyyət Nazirliyi Hesablama Palatası ilə tam əməkdaşlıq şəraitində fəaliyyət göstərir, tələb olunan bütün sənədlər və məlumatlar təqdim olunur. Audit prosesi bitdikdən sonra nəticələr qanunvericiliyə uyğun şəkildə ictimaiyyətə açıqlanacaq", - qurumdan verilən cavabda bildirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də