
Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanlarında danışıq bacarıqlarının yəni “speaking” mərhələsinin qiymətləndirilməsini nəzərdə tutur. Hələlik bu qayda magistraturaya qəbul imtahanlarında istifadə edilsə də, bakalavrda da oxşar suallardan istifadə edilməsi müzakirə edilir.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, magistratura səviyyəsində “speaking” imtahanının tətbiqi çox doğru addımdır və bunu bakalavr pilləsinə qəbulda da görmək vacibdir.
“Çünki dil öyrənməyin əsas məqsədi ünsiyyətdir, amma bizdə qəbul imtahanları hələ də əsasən qrammatika və test üzərində qurulub. Son illər Dövlət İmtahan Mərkəzinin 9 və 11-ci sinif buraxılış imtahanlarında yeni tipli test tapşırıqları – dinləmə, oxuma və yazı bacarıqlarına yönəlik modellər tətbiq olunmağa başlayıb, bu çox sevindiricidir. Amma buna baxmayaraq məktəblərdə müəllimlərin danışıq bacarıqlarının inkişafı və şagirdlərə bu istiqamətdə testlər, qiymətləndirmə nümunələri təqdim etməsi hələ də tam kifayət qədər deyil”.
O həmçinin vurğulayıb ki, əgər “speaking” qəbul imtahanına daxil olsa, müəllimlər məcburən ünsiyyət yönümlü dərslərə daha çox yer ayıracaq, şagirdlər də dili real həyatda istifadə etmək üçün öyrənməyə başlayacaqlar: