Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İcra başçısının xanım müavini vəzifəsindən azad edildi

İcra başçısının xanım müavini vəzifəsindən azad edildi

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb.

İcra başçısı Sevindik Hətəmovun əmri ilə Xuraman Baba qızı Məmmədova icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Qeyd edək ki, Xuraman Məmmədova 04.06.2020-ci il tarixində Hacıqabul rayon 10 nömrəli məktəbin direktoru vəzifəsindən azad edilərək, icra başçısının müavini təyin olunmuşdu. O, işdən çıxarıldıqdan sonra Hacıqabul rayonunda məktəblərdən birinə direktor müavini təyin edilib. (Mənbə: qaynarinfo)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də