
Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Lamiyənin dayısı Vüqar Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, onlar bir həftə əvvəl rəsmi şəkildə boşanıblar:
Dayısının sözlərinə görə, hadisə uşaqların gözü önündə olub.
Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.