Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dünyada 300 milyondan çox insan evsizdir

Dünyada 300 milyondan çox insan evsizdir

Yer kürəsində təxminən hər səkkizinci insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, 300 milyondan çox insanın isə ümumiyyətlə evi yoxdur.

Bu barədə oktyabrın 6-da qeyd olunan Ümumdünya Habitat Günü münasibətilə Birləşmiş Millətlər Təşkilatında xatırladılıb.

 Bu gün hər il oktyabr ayının ilk bazar ertəsi qeyd olunur. Məqsədi hər bir insanın layiq olduğu mənzil hüququna malik olmasını və şəhərlərin, eləcə də digər yaşayış məntəqələrinin inkişafının əhəmiyyətini dünyaya xatırlatmaqdır. Mənzillə bağlı problemlər təkcə inkişaf etməkdə olan ölkələrə aid deyil. Məsələn, ABŞ kimi varlı dövlətlərdə də bir çox gənc layiqli yaşayış yeri əldə etmək imkanından məhrumdur.

 Bu il Habitat Günü “Böhranın aradan qaldırılması üzrə şəhər həlləri” mövzusu altında keçirilir. BMT bu il məcburi köçkünlük problemlərinə miqyaslı həll yolları tapmağa diqqət çəkir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də