
İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani 2023-cü ilin 7 oktyabrında HƏMAS tərəfindən İsrailə qarşı həyata keçirilən “Əl-Əqsa tufanı” əməliyyatı barədə yeni açıqlamalar verib.
Məlumatı İranın “Tasnim” agentliyi yayıb.
Qaani İran televiziyasına müsahibəsində bildirib ki, əməliyyatın gizlilik dərəcəsi “müasir dövrün ən yüksək səviyyəsində” olub.
 
						


