Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lempardın "Çelsi"dən qovulmasının 3 səbəbi

Dünən, yanvarın 25-də Frenk Lempardın istefaya göndərilməsi günün futbol hadisəsi kimi yadda qaldı.
"Çelsi"nin Premyer Liqanın turnir cədvəlində adına yaraşan yerdə qərarlaşmaması, məhz bu məşqçinin dönəmində transfer olunan futbolçuların ümidləri doğrultmaması, daxili ab-havanın yerində olmaması - bütün bunlar istefanı şərtləndirən səbəblər idi. 
RegionTV.info Offsideplus.a-a istinadən  xəbər verir ki, Frenkin dünən yola salınmasının üç əsas səbəbi olub. Birincisi, onun baş məşqçiliyi dönəmində komandanın uğursuz transferləridir. 2019-un yayından bu yana komandanı tərk edən və yeni gələn oyunçuların transfer qiymətlərini vurub-çıxanda "Çelsi" 170 milyon avroya yaxın xərcə düşüb. Transferlərə ümumilikdə 250 milyona yaxın pul xərclənib. Belə deyək, Lempardın ehtiyac duymadıqları ilə yollar ayrılıb, istədikləri komandaya cəlb olunub. Bu qədər xərcin qarşılığında hazırkı durum turnir cədvəlində 9-cu pillə və titulsuzluq oldu.
İkinci, bəlkə də ən vacib səbəb Lempardın rəhbərlikdəki əsas söz sahiblərindən biri, klubun direktoru Marina Qranovskaya ilə münasibətlərinin qaydasında olmaması idi. Baş məşqçi hər imkanda 45 yaşlı funksionerlə mübahisə edir, iradları ilə razılaşmır, belə deyək, Roman Abramoviçin klubdakı adamını qəbul etmək istəmirdi. Həmin xanım ki, 1997-ci ildən Abramoviçlə çalışır, adıçəkilən milyarder “Çelsi”yə sahib çıxan gündən klubda çalışır.
Hətta Havertzlə Vernerin transferləri zamanı Lempardla Qranovskaya arasında əməlli-başlı münaqişə yaşanıb. Klubun direktoru baş məşqçini “ya sən qalacaqsan, ya mən” şəklində hədələyib. Buna baxmayaraq, Abramoviç məşqçilikdə ilk addımlarını atan sabiq futbolçusuna şətait yaratmaq üçün qarşısında “yaşıl” işıq yandırıb, Marinanı isə səbrli olmağa çağırıb. Çünki bu transferlərdən sonra “Çelsi”nin xarüqələr yaradacağına ümid edirdi.
Və üçüncü səbəb: Tomas Tuxelin gözlənilmədən PSJ-dən ayrılıb, Abramoviç üçün “yağlı tikə”yə çevrilməsi. Dekabrdan bu yana klub rəhbərliyi axtarışa çıxsa da, komandanı uğura daşıyacağına əmin olduğu məşqçini tapa bilmirdi. Tuxelin PSJ-dən ayrılması “Çelsi”nin başbilənlərini hərəkətə keçirdi. Cəmi bir həftəni əhatə edən müzakirələrdən sonra tərəflər əl sıxmaq qərarına gəldilər.  

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də