Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru işdən çıxıb

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru işdən çıxıb

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduğu vəzifədən azad edilib.
Ceyhun Kərəmov ötən gün öz ərizəsi ilə işdən çıxıb.
Onun yerinə hələ təyinat olmadığı bildirilir.
Xatırladaq ki, Ceyhun Kərəmov 2020-ci il sentyabr ayının 15-dən etibarən Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb. 12 yanvar 2022-ci il tarixindən 2 oktyabr 2023-cü il tarixinədək Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edib. 2 oktyabr 2023-cü il tarixində Agentliyin direktoru vəzifəsinə təyin olunub.

Məlumatı bundan əvvəl "qaynarinfo" saytı yayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də