Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əli Əsədov Lukaşenko ilə görüşdü

Əli Əsədov Lukaşenko ilə görüşdü

Əli Əsədov Lukaşenko ilə görüşdü

Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurası üzvlərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, Belarus Prezidenti MDB Hökumət Başçıları Şurası üzvlərini salamlayıb.

Görüşdə çıxış edən Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Aleksandr Lukaşenkoya çatdırıb.

Baş nazir, həmçinin Azərbaycan-Belarus iqtisadi əməkdaşlığının ikitərəfli gündəliyinə daxil olan məsələlərə toxunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də