Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Cabir İmanov bundan əvvəl də infarkt keçirmişdi, ona idman olmazdı”

“Cabir İmanov bundan əvvəl də infarkt keçirmişdi, ona idman olmazdı”

"Cabirin ölüm xəbərini televiziyadan eşitdim. Əlim-ayağım qurudu. Çox pis oldum".

Bu sözləri Xalq artisti, tanınmış diktor Ofeliya Sənani Əməkdar artist Cabir İmanovun ölümündən danışarkən deyib.

"Özü də idman zalında vəfat edib. İnfarkt keçirib çoxdan, amma gərək idman etməzdi, ona olmazdı. Mən də bir neçə dəfə infarkt keçirmişəm. Ağır vəziyyətdə idim. Düzələndən sonra yenə də işimə gedib-gəlmişəm. Amma görürəm ki, artıq ürəyimin gücü çatmır. Mən ki uşaqlar üçün verilişləri ürəklə oxuyurdum, studiyadan çıxandan sonra hiss edirdim ki, qüvvəm gedir. Hiss edirdim ki, ayağım arxamca gəlmir. Köhnə diktorlardan bir mən fəaliyyətdə idim. Mən də daha işləməyəcəyəm".

Xatırladaq ki, Cabir İmanov sentyabrın 29-da infarkt keçirərək dünyasını dəyişib. (mənbə: moderator.az)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də