Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

III MDB Oyunlarında DİN əməkdaşları fasiləsiz xidmət aparır - VİDEO

III MDB Oyunlarında DİN əməkdaşları fasiləsiz xidmət aparır - VİDEO

Gəncə, Yevlax, Şəki, Qəbələ və ölkəmizin digər bölgələrində start götürən III MDB Oyunları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri tam təmin olunur.

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları yarışların keçirildiyi bütün ərazilərdə ictimai qaydanın qorunması, insanların təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək hər hansı neqativ və hüquqazidd halların qarşısının vaxtında alınması məqsədilə fasiləsiz rejimdə xidmət aparırlar.

Tədbirlər çərçivəsində oyunların keçirildiyi məkanlara giriş-çıxışların nəzarətdə saxlanılması, azarkeşlər, qonaqlar, xidmət personalı və media nümayəndələrinin təhlükəsiz şəkildə əraziyə daxil olması, ictimai və digər nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün məqbul şəraitin yaradılması istiqamətində zəruri tədbirlər görülür.

DİN əməkdaşları tərəfindən yüksək təhlükəsizlik şəraitində qonaqpərvərlik mühitinin təşkili davam etdirilir.

 

III MDB Oyunlarında DİN əməkdaşları fasiləsiz xidmət aparır - VİDEO

III MDB Oyunlarında DİN əməkdaşları fasiləsiz xidmət aparır - VİDEO

III MDB Oyunlarında DİN əməkdaşları fasiləsiz xidmət aparır - VİDEO

III MDB Oyunlarında DİN əməkdaşları fasiləsiz xidmət aparır - VİDEO


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də