Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Sözlər aciz və yetərsiz” – Hacı Nuran Cabirlə fotolarını paylaşdı

 

“Həyat” Fondunun rəhbəri, aparıcı Hacı Nuran Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı instaqram hesabında paylaşım edib.

O, Cabir İmanovla birgə fotolarını paylaşaraq “Sözlər aciz və yetərsiz...Yeri behişt olsun, ruhu şad olsun” sözlərini yazıb.

Qeyd edək ki, Əməkdar artist bu gün paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də