Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

65 yaşlı kişi qoz ağacından yıxılaraq öldü

65 yaşlı kişi qoz ağacından yıxılaraq öldü

Şəkidə 65 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb.

Hadisə rayonun Baş layısqı kəndində baş verib. Kənd sakini 65 yaşlı Allahyar Hümbət oğlu Şirinov yaşadığı kəndin ərazisində qoz ağacından ehtiyatsızlıqdan yıxılıb. Bədbəxt hadisə zamanı ağır xəsarət alan A. Şirinov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. A. Şirinov bu gün səhər saatlarında aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də