Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fatmayı və Goradildə işıq olmayacaq

Fatmayı və Goradildə işıq olmayacaq

Bağlar ETSİ-nə daxil olan bəzi ərazilərdə təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 26 sentyabr tarixində 110/35/6 kV-luq 136 saylı yarımstansiyada 6 kV-luq bölmələrdə təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 09:00-dan 13:00-dək Fatmayı və Goradil bağlarında, eləcə də kəndlərin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də