Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lənkəranda avtobus velosipedçini vuraraq öldürdü

Lənkəranda avtobus velosipedçini vuraraq öldürdü

Lənkəranda yol-nəqliyyat hadisəsi nəticəsində velosipedçi ölüb.

Hadisə saat 08:00 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb.

"20 km" marşrut xətti üzrə hərəkətdə olan avtobus, velosipedçi Lənkəran rayonunun Şilim kənd sakini 1969-cu il təvəllüdlü İsa Umud oğlu Babayevi vurub. Velosipedçi ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona dəqiqləşdirilməmiş koma və kəllədaxili travma diaqnozu qoyublar.

Yaralı vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də