Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda daha 5 stansiya tikiləcək - ÜNVANLAR

Bakıda daha 5 stansiya tikiləcək - ÜNVANLAR

Bakıda bundan sonra daha 5 metro stansiya tikiləcək.

Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, stansiyalardan biri "Nizami" metrostansiyasının yaxınlığında olacaq. Həmin stansiyadan birbaşa "Nizami"yə keçid olacaq. “Avtovağzal”  stansiyasından hərəkətə başlayan sərnişin həmin stansiyasından yaşıl xəttə daxil ola biləcək.

Bəxtiyar Məmmədov qeyd edib ki, dövlət layihəsində 10 stansiya nəzərdə tutulub.

"Digər 4-ü "Xətai" stansiyasınsan sonra "Yaşıl xətt" üzrə olacaq. "Nizami" parkı yaxınlığında, NZS-ə dönən ərazidə 1 stansiya olacaq. "Nargilə" adlanan ərazidə mütləq 1 stansiyanın olması ərazinin  inkişafı baxımdan önəmlidir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də