Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qarabağ separatçılarının axtarılan nümayəndəsi ÖLÜ TAPILDI

Qarabağ separatçılarının axtarılan nümayəndəsi ÖLÜ TAPILDI
 
Rusiyanın axtarışa verdiyi qondarma “Dağlıq Qarabağ prezidentinin keçmiş xüsusi nümayəndəsi” Boris Avakyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğunun ayaqyolunda intihar edib.


Bu barədə Ermənistan KİV-inin məlumatında bildirilib.

Məlumata görə, Avakyan özünü ayaqyolundan kəndirlə asıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qapını zorla açıb və onun cansız cəsədini aşkar ediblər.

Avakyan qondarma “Dağlıq Qarabağ prezidentinin xüsusi nümayəndəsi” və “Qarabağ Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin direktor müavini” vəzifələrində çalışıb (sonuncu vəzifəni 2021-ci ilin aprelinə qədər tutub).

O, Rusiyada “Rosreyestr” və “Rosimuşestvo” regional idarələrində müxtəlif vəzifələr tutub.
Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsi Avaqyanı gömrükdən yayınma ittihamı ilə axtarışa verib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də