
Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüşə yekun vurulub.
“McLaren” komandasının britaniyalı pilotu Lando Norris birinci olub.
“Red Bull Racing”in üzvü niderlandlı Maks Ferstappen ikinci, “McLaren”dən avstraliyalı Oskar Piastri üçüncü yeri tutub.
Bu gün saat 16:00-da sıralama turu keçiriləcək və sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.