Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müdafiə naziri onu hədələdi: “Sənin də vaxtın gələcək!”

Müdafiə naziri onu hədələdi: “Sənin də vaxtın gələcək!”

İsrailin müdafiə naziri İsrael Katz Yəməndəki husilərin lideri Əbdül-Malik əl-Husiyə sərt xəbərdarlıq edib.

Nazir "X" platformasında yayımladığı bəyanatda husilərə qarşı qətiyyətli cavab veriləcəyini bildirib.

“Sənin də vaxtın gələcək. Səni bütün hökumət üzvləri və "şər oxu"nun digər üzvləri ilə birlikdə cəhənnəmin dərinliklərinə göndərəcəklər”, - deyə Katz yazıb.

O, həmçinin husilərin bayrağında yazılmış “İsrailə ölüm, yəhudilərə lənət” şüarının əvəzlənəcəyini vurğulayıb:

“Bu bayraq sonda mavi-ağ İsrail bayrağı ilə əvəz olunacaq və birləşmiş Yəmənin paytaxtında dalğalanacaq”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də