Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kadırovdan xəstəliyi ilə bağlı xəbərlərə REAKSİYA

Kadırovdan xəstəliyi ilə bağlı xəbərlərə REAKSİYA

Çeçenistan rəhbəri Ramzan Kadırov sağlamlığı ilə bağlı yayılan şayiələrə cavab verib.

O, "RİA Novosti"yə müsahibəsində bildirib ki, barəsində yayılan “müalicəsi olmayan xəstəlik” iddialarına hər dəfə fiziki hərəkətlə cavab verir.

“Mənə deyəndə ki, sağlamlığımda nəsə problem var, dərhal 50 dəfə "jim" edirəm”, - deyə Kadırov qeyd edib.

Çeçenistan rəhbəri vurğulayıb ki, bu, həm tənqidçilərə, həm də ictimaiyyəti çaşdırmaq istəyənlərə cavabdır.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Kadırov birbaşa efirdən sonra canlı yayımda 35 dəfə "jim" hərəkəti edib. Onun xəstəliyi və hətta ölümü ilə bağlı xəbərlər dəfələrlə mətbuatda və sosial şəbəkələrdə yayılıb.

Kadırov bildirib ki, belə iddiaları ciddi qəbul etmir və ictimaiyyət qarşısında sağlamlığının yaxşı olduğunu nümayiş etdirməyi üstün tutur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də