Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Göygöl rayonunda “Milli Musiqimiz – Suverenliyimizin Səsi” adlı tədbir keçirilib FOTOLAR

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan musiqi mədəniyyətinin banisi, görkəmli bəstəkar və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi və Milli Musiqi Günü münasibətilə “Milli Musiqimiz – Suverenliyimizin Səsi” adlı tədbir keçirilib. Göygöl rayonu “Yay kinoteatrında” təşkil olunmuş tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, rayon mədəniyyət müəssisələrinin kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyev və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra dövlət himni səsləndirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, mədəniyyətinə və incəsənətinə xüsusi diqqət və qayğı ilə yanaşaraq, Azərbaycanın mədəniyyətinin dünyada tanıdılması, milli musiqi irsinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində misilsiz xidmətlərindən ətraflı məlumat vermişdir. Eyni zamanda Üzeyir Hacıbəylinin milli musiqimizin inkişafında əvəzsiz xidmətlərindən, onun yaradıcılığının Azərbaycan xalqının mədəni yaddaşında tutduğu unikal mövqedən bəhs etmiş, onun yaratdığı musiqi məktəbi bu gün də müasir Azərbaycan musiqisinin əsas dayaqlarından biri olaraq milli kimliyimizin, mədəni müstəqilliyimizin və suverenliyimizin ifadəsi olduğunu vurğulamışdır.
Konsert proqramında Üzeyir Hacıbəylinin klassik əsərləri – “Koroğlu” operasından uvertüra, “Arşın mal alan” musiqili komediyasından parçalar, simfonik və kamera musiqi nümunələri səsləndirilib. Həmçinin, gənc ifaçılar tərəfindən xalq musiqisinin müxtəlif janrlarında təqdim olunan çıxışlar dinləyicilər tərəfindən böyük maraq və alqışla qarşılanıb.

 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də