Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gömrükdə bəyan edilməyən malların ölkəyə gətirilməsinin qarşısı alındı

Gömrükdə bəyan edilməyən malların ölkəyə gətirilməsinin qarşısı alındı

Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, “İpək yolu” gömrük postunda Türkiyədən Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinin qoşqusuna keçirilən baxış zamanı gömrük orqanına bəyan edilməyən 45 adda - 864 qutu, 1398 konvalyut, 473 ədəd dərman vasitəsi, 40 növdə - 357 ədəd kosmetik vasitə, 50 litr həcmində ətir, 11 adda - 278 ədəd stomatoloji vasitə, 144 qutu qida əlavəsi aşkar edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də