Azərbaycanda yoluxanların gündəlik sayındakı azalma dinamikası davam edir. Belə ki, artıq yoluxma sayı 4000-dən 100-200-ə düşüb. Dünyada və Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya başlanılıb. Əgər yoluxanların sayında müsbət dinamika davam etsə, yaz-yay aylarında açıq havada maskadan istifadə ilə bağlı məcburiyyət aradan götürülə bilərmi?
RegionTV.info xəbər verir ki, Bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, vaksinasiya sadəcə xəstəliyi yüngül keçirməyə imkanı yaradır:
"Peyvəndlənmə xəstəlikdən tam qorumur. Belə ki, vaksin vurduran insan bu xəstəliyi ölümcül deyil, yüngül formada keçirir. Bilirsiniz ki, bu gün əksər ölkələrdə qapalı və açıq məkanlarda maskadan istifadə məcburidir. Çünki maskadan istifadə xəstəliyə yoluxma ehtimalını aşağı salır. Azərbaycan və eləcə də digər ölkələr artıq bir yayı pandemiya ilə başa vurub. Düzdür, yayda maskadan istifadə müəyyən çətinlik yaradır. Vaksinasiyanın dünyada eləcə də Azərbaycanda müsbət təsirləri olsa və Ümumdünya Səhiyyə Təşkilatı maskadan yalnız qapalı məkanlarda istifadəni tövsiyə etsə, açıq havada bununla bağlı məcburiyyət ləğv edilə bilər. Əlbəttə, bu, yaxın aylarda vaksinasiyanın hansı nəticəni verməsindən asılı olacaq. Burada söhbət insanları qorumaqdan gedir. Bu səbəbdən də hesab edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə bundan sonra da əməl etməliyik. Artıq təcrübəmiz də var. Azərbaycanın bu xəstəliklə mübarizə təcrübəsi dünyada qəbul edilir. Düşünürəm ki, maska ilə bağlı dünyada yumşalmalar olsa və açıq havada könüllülük tövsiyə edilsə, o zaman Azərbaycan da bundan bəhrələnəcək".
Sonxeber.az
Xəbəri paylaş