Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranda polislər GÜLLƏLƏNDİ: Ölənlər və yaralananlar var

 

İranın cənub-şərqində polis əməkdaşlarının olduğu avtomobilə hücum edilib.

Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə Sib və Soran şəhərləri yaxınlığındakı Xaş-Zahidan magistralında baş verib.

İlkin məlumatlara görə, atışma nəticəsində iki polis əməkdaşı həlak olub, daha biri isə yaralanıb.

Hazırda hücum edənlərin kimliyinin müəyyən edilməsi və tutulması üçün əməliyyat tədbirləri davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də