Azərbaycanda bir sıra təhlükəli xəstəliklər yox olub.
RegionTV.info "Day.Az"-a istinadən məlumatına görə, yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib.
Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.
Ötən ilin yanvar- noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qızılca (99,3 faiz), bruselyoz (66,2 faiz), su çiçəyi (60,2 faiz), skarlatina (56,1 faiz), viruslu hepatit (49,0 faiz), qazanılmış immunçatışmazlıq sindromu (43,5 faiz), qonokokk infeksiyası (41,1 faiz), ağciyər vərəmi (33,5 faiz) və sifilis ilə (29,5 faiz) xəstələnmə halları azalıb.
Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.
Xəbəri paylaş