Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daşbulağa ilk köç YOLA SALINDI

Daşbulağa ilk köç YOLA SALINDI

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Sentyabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Ağdamdan Xocalının Daşbulaq kəndinə yola salınıb.

İlk mərhələdə Daşbulaq kəndinə 13 ailə - 67 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

1461253

1461254


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də