Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mesaj yazaraq kart məlumatlarını aldı - İnstaqramda dələduzluq

Mesaj yazaraq kart məlumatlarını aldı - İnstaqramda dələduzluq

Sosial şəbəkələrdə dələduzluq edərək vətəndaşların kart hesablarını talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı Zaur Teymurxanov saxlanılıb.

DİN-dənverilən məlumata görə, araşdırmalarla məlum olub ki, Z.Teymurxanov instaqramda ayrı-ayrı vətəndaşların şəxsi məlumatlarını öyrənəndən sonra onların dostluğundakı şəxslərə mesaj yazaraq kart məlumatlarını ələ keçirib. O, bu yolla külli miqdarda pul vəsaitini oğurlayaraq öz hesabına köçürüb.

Faktlarla bağlı araşdırmalar aparılır. Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də