
Abşeron dairəvi dəmir yolu üzrə hərəkət cədvəli avtomobil yollarının təmiri işlərinə uyğun optimallaşdırılıb.
Bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.
Bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə