Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BDU-da yeni tələbə təqaüdü təsis edildi

BDU-da yeni tələbə təqaüdü təsis edildi

Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin bakalavriat və magistratura səviyyələrinin tələbələri üçün “Akademik Yusif Məmmədəliyev” məqsədli təqaüdü təsis olunub.

BDU-dan bildirilib ki, bu barədə qərar Elmi şuranın 2025/2026-cı tədris ili üzrə ilk iclasında qəbul edilib.

Təqaüdün Kimya fakültəsinin bakalavriat və magistratura təhsil səviyyələrinin I kursunu bitirmiş və ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ən yüksək olan 2 tələbəsinə (1 bakalavr və 1 magistrant ) verilməsi nəzərdə tutulur.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də