Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Minlərlə insan Baş nazirin Putinlə görüşünə etiraz etdi

Minlərlə insan Baş nazirin Putinlə görüşünə etiraz etdi

Slovakiyanın paytaxtı Bratislavada minlərlə insan hökumət əleyhinə aksiyaya çıxıb.

Nümayişçilər Baş nazir Robert Fikonun Çinə səfəri və orada Rusiya Prezidenti Vladimir Putinlə görüşünə etiraz ediblər.

Robert Fiko Çində Vladimir Putinlə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri üçüncü dəfə görüşüb və Pekində keçirilən hərbi paradda iştirak edən yeganə Avropa lideri olub. Bu fakt ölkə daxilində narazılığı daha da artırıb.

Bratislavanın mərkəzi meydanına toplaşan etirazçılar “Pozor, pozor” (“Ayıb olsun”) kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçıları həmçinin hökumətin elan etdiyi sərt iqtisadi islahatlara, büdcə ixtisarlarına və Avropa İttifaqı vəsaitlərindən sui-istifadə hallarına etirazlarını bildiriblər.

Gələn həftə Bratislavada iri müxalifət partiyası olan liberal “Proqressiv Slovakiya”nın da ayrıca mitinq keçirəcəyi gözlənilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də