
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
İtkin-şəhidlərin hər dördü də hərbçidir. Onlar Vəliyev Murad Məlikməmməd oğlu, Abdullayev Cəlal Xankişi oğlu, Zərbəliyev Ayaz Əsgəralı oğlu, Qayıbov Vəkil Möylan oğludur.
M. Vəliyevin nəşinin qalıqları sabah saat 15:30-da Quba rayonu Nütəh kənd qəbiristanlığında, C.Abdullayev saat 12:00-da Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinin qəbiristanlığında, A.Zərəbəliyev saat 14:00-da Göyçay şəhəri, Şəhidlər Xiyabanında, V.Qayıbov saat 15:00-da Qəbələ rayonu, Oəmərvan kənd qəbiristanlığında dəfn ediləcək.