
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyası üzrə ilk iclası sentyabrın 17-də keçiriləcək.
İclasda 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat və komitənin 2025-ci il payız sessiyası üçün iş planının layihəsi müzakirə ediləcək.
Həmçinin, yeni hazırlanan "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" yeni qanun layihəsi də müzakirəyə çıxarılacaq.
İclasda deputatlar "İpoteka haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Vergi məcəlləsinə", "Gömrük tarifi haqqında" qanunlara dəyişiklikləri də müzakirə edəcəklər.