Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan parlamenti 44 günlük müharibəyə dair sənədi müzakirəyə çıxarır

Ermənistan parlamenti 44 günlük müharibəyə dair sənədi müzakirəyə çıxarır

Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyası bu günlərdə 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının hesabatını spiker Alen Simonyana təqdim edib.


Məlumatı mediaya komissiyanın sədri Andranik Köçəryan açıqlayıb. O deyib ki, sənədin sentyabrın 27-də başlayacaq plenar iclaslarda müzakirəsi planlaşdırılır.

Həm müxalifət, həm də iqtidaryönlü deputatlar bu hesabata xüsusi maraq göstərirlər, çünki Köçəryan istintaq zamanı ciddi ifşaların olduğunu, cinayət işlərinin başlanmasının qaçılmaz olduğunu dəfələrlə bəyan edib.

Bu arada deputatlar artıq bir neçə gündür ki, hesabatın məxfi materialları ilə tanış olmağa başlayıblar. Amma hesabatın qapalı hissəsi hələ ki deputatlara təqdim olunmayıb.

Məlum olub ki, yalnız spiker Alen Simonyan sənədlə tanış olduqdan sonra hesabatın hansı hissəsinin ictimailəşəcəyi, hansı hissəsinin məxfi qalacağına qərar veriləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də