Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağdamda məktəbli qıza cinsi zorakılıq edildi - 4 nəfər TUTULDU

Ağdamda məktəbli qıza cinsi zorakılıq edildi - 4 nəfər TUTULDU

Ağdamın Yuxarı Yüzbaşılı kəndində 16 yaşlı qızın bir qrup şəxs tərəfindən cinsi zorakılığa məruz qaldığı barədə xəbərlər yayılıb.

Zərərçəkən məktəbli qız ailəsinə məlumat verib. Ailə isə hüquq-mühafizə orqanlarına müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən dörd nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də