Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu gün Azərbaycanla Ukrayna  qarşılaşacaq

Bu gün Azərbaycanla Ukrayna  qarşılaşacaq
Bu gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxır.

 Modern.az xəbər verir ki, yığmamız Bakıda Ukrayna millisi ilə qarşılaşacaq.

 Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.

 Qeyd edək ki, AFFA İslaniya məğlubiyyətindən (0:5) sonra Fernandu Santuşla yollarını ayırıb. Millimizi bu matça U-21-in çalışdırıcısı Ayxan Abbasov çıxaracaq.

 DÇ-2026

 Seçmə mərhələ, D qrupu

 9 sentyabr

 Azərbaycan - Ukrayna

 Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00

Baş hakim: Vassilis Fotias

Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis

Dördüncü hakim: Anastasios Papapetru

VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos(Hakimlər briqadası Yunanıstandandır)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də