Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Güləşçilərimiz Universiadada 8 medal qazandı

Güləşçilərimiz Universiadada 8 medal qazandı

Azərbaycan güləşçiləri Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasında 8 medal qazanıb.

"Ruh Ordo" mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışda bu gün daha 6 çəkidə mübarizə baş tutub.

Bu gün daha 4 güləşçimiz fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşində Roman Kərimov (67 kq), sərbəst güləşdə isə Əşrəf Aşırovla (86 kq) Yusif Dursunov (125 kq) qızıl medal qazanıb. Sərbəst güləşçilərimizdən Musa Ağayev (65 kq) isə gümüş medala sahib çıxıb.

Beləliklə, güləşçilərimiz Universiadanı 8 (4 qızıl, 2 gümüş, 2 bürünc) medalla başa vurub. Xatırladaq ki, dünən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Ramik Heybətovla (74 kq) Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb.

Qedy edək ki, yekunda Azərbaycanın yunan-Roma güləşi millisi 1-ci, sərbəst güləş yığması isə 2-ci yeri tutublar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də