
Bu barədə Baş Prokurorluğun Kollegiya iclasında bildirilib.
Bildirilib ki, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış 961 saylı “Çağrı Mərkəzi”ndə hesabat dövründə 17 421 müraciət qeydə alınaraq, onlardan 653-ü cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyəti struktur qurumlara tapşırılıb, digərləri üzrə isə müvafiq hüquqi izahlar verilib.
Hesabat dövründə koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndiyi, səmərəli əməkdaşlıq nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəmizə ekstradisiyasının həyata keçirildiyi bildirilib.