Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Millimiz çempionata ağır məğlubiyyətlə başladı

Millimiz çempionata ağır məğlubiyyətlə başladı

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

 Fernandu Santuşun başçılıq etdiyi kollektiv D qrupunun ilk oyununda İslandiya yığmasının qonağı olub.

Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda oynanılan qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları Viktor Palsson, İsak Yohannesson (2), Albert Qudmundsson və Daniel Leo Qretarssonn vurublar.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu sentyabrın 9-da Bakıda Ukrayna yığmasına qarşı keçirəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də