Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Adəm Məmmədov azadlığa çıxdı

Adəm Məmmədov azadlığa çıxdı
Bu ilin mart ayında həbs edilən keçmiş vəkil Adəm Məmmədov azadlığa çıxıb.

Ona verilən 6 aylıq cəza bu gün başa çatıb və vəkil cəzaçəkmə müəsissəsindən azadlığa buraxılıb.

Xatırladaq ki, Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov birgə rəhbərlik etdikləri saytda tanınmış vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdilər. C. Yusifovun xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdi.

Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsində ona Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə bəraət verilib.

Ötən ay onun vəkillik fəaliyyətinə xitam verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də