Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İki cüdoçumuz finalda

İki cüdoçumuz finalda

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

İlk yarış günündə Azərbaycan təmsilçisi Fərid Qarayev təsəlliverici görüşdə İsraildən olan İsak Aşpizlə üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən F.Qarayev bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Daha əvvəl Məhəmməd Musayev (66 kiloqram) və Nihad Məmişov (60 kiloqram) finala vəsiqə qazanıblar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də