Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

NATO-Azərbaycan əməkdaşlığının gücləndirilməsi müzakirə olundu

NATO-Azərbaycan əməkdaşlığının gücləndirilməsi müzakirə olundu

NATO-nun hərbi komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone NATO Baş Qərargahında Azərbaycanın hərbi blokdakı nümayəndəliyi ilə görüş keçirib.

 NATO rəsmisi bu barədə özünün “X” hesabında məlumat verib.

“NATO Baş Qərargahında görüş fürsəti üçün təşəkkür edirəm. Mən Azərbaycan-NATO əməkdaşlığı barədə müzakirələrimizi yüksək qiymətləndirirəm. Biz tərəfdaşlığımız üçün gələcək fürsətləri araşdırmağa və dialoqumuzu gücləndirməyə davam edəcəyik”,- NATO-nun hərbi komitəsinin sədri qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də