
Pakistanda BNP siyasi partiyasının tədbirində törədilən partlayış nəticəsində 11 nəfər ölüb.
Bu barədə "Reuters" hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
BNP-nin sədr müavini Sajid Tarin bildirib ki, kamikadze partlayışı olub: "Bir neçə partiya üzvü həlak olub, bir neçəsi yaralanıb".
Tarinin sözlərinə görə, bomba yüklü avtomobil dayanacaqda partladılıb.