Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Arayik Arutyunyanı aradan götürməliyik” – Ya həbs, ya məhv...

"Arayik Arutunyan və digər hərbi cinayətkarları həbs etmək Azərbaycan hüquq mühafizə orqanları üçün o qədər də problemli deyil”.
RegionTV.info xəbər verir ki, Bunu Sfera.az-a açıqlamasında Qarabağ separatçılarının lideri Arayik Arutunyanın və digər müharibə canilərinin bu günə qədər hansı səbəbdən həbs edilmədiyinə aydınlıq gətirərkən politoloq Natiq Miri deyib:
"Söhbət ondan gedir ki, Arayik Arutunyanın Qarabağda özünü rahat hiss etməsi Rusiya sülhməramlılarının fəaliyyətindəki nöqsanlarla bağlıdır. Azərbaycan bu məsələni Rusiya qarşısında ciddi şəkildə qaldırmalıdır. Bunu etməklə Arutunyanın həbsini tezləşdirə bilərik”.
Həmsöhbətimiz hesab edir ki, A.Arutunyan kimi hərbi cinayətkarları həbs etmək mümkün olmadıqda, fiziki məhv planı işə düşür:
"Müharibə cinayətlərinin iştirakçısı, əli Azərbaycan əsgərinin qanına batmış bu cinayətkar istənilən halda layiqli cəzasına çatmalıdır. Bunun üçün ölkəmizin xüsusi xidmət oqranlarının bilavasitə fəaliyyəti yetərlidir. Düşünürəm ki, onun aradan götürülməsi böyük problem deyil”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də