Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha bir küçədə məhdudiyyət olacaq

Daha bir küçədə məhdudiyyət olacaq

Sentyabrın 3-də saat 08:00-dan etibarən Səbail rayonunun Xəqani küçəsi ilə Bülbül prospekti istiqamətində aparılacaq asfalt bərpa işləri ilə əlaqədar olaraq, günün müəyyən saatlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

 Qeyd edək ki, bu məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də