
"WhatsApp" messencerinin istifadəçiləri tətbiqdə bu yaxınlarda aşkar edilmiş qüsura görə təhlükə altında olublar və ehtimal edilir ki, artıq hakerlərin hücumuna məruz qalıblar.
Bu barədə ABŞ hökumətinin Milli Zəifliklər Repizotoriyasının məlumatlarında qeyd olunub.
"Meta" şirkəti "WhatsApp"da zəifliyi ciddilik reytinqi şkalası üzrə 10 baldan 5,4, ABŞ Kibertəhlükəsizliyi və İnfrastrukturun Mühafizəsi Agentliyi isə 10 baldan 8 bal qiymətləndirib ki, bu da "yüksək" hesab olunur.
Qüsur "iOS" və "macOS" əməliyyat sistəmləri üçün “WhatsApp" və "WhatsApp Business"də əlaqəli cihaz sinxronizasiya mesajlarının natamam avtorizasiyası” ilə bağlıdır. Haker bunun vasitəsilə həmin cihazlarda URL-lərin məzmununu emal etmək üçün istifadə edə bilərdi.