Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabiq baş nazirə silahlı hücum EDİLDİ

Sabiq baş nazirə silahlı hücum EDİLDİ

Çexiyanın keçmiş baş naziri Andrey Babiş rəhbərlik etdiyi müxalif siyasi hərəkat NVF-nin (Narazı Vətəndaşların Fəaliyyəti) seçkiqabağı mitinqində hücuma məruz qalıb.

Bu barədə partiyanın mətbuat katibi Martin Vodiçkaya istinadən ČTK agentliyi məlumat yayıb.

 "Andrey Babiş seçkiqabağı mitinq zamanı hücuma məruz qalıb. Kimsə onun başına arxadan metal əşya ilə zərbə endirib. Bundan sonra o, tibbi yardım üçün xəstəxanaya gedib", - mətbuat katibi bildirib.

 "Novinki" xəbər portalı da öz növbəsində aydınlaşdırıb ki, hadisə Çexiyanın şimal-şərqindəki Dobra kəndində baş verib.

 Partiyanın deputatı Aleş Juxelka bildirib ki, Babiş Fridek-Mistekdəki xəstəxanadadır.

 Juxelka təsdiqləyib ki, keçmiş baş nazirin başına bir neçə dəfə dəyənəklə zərbələr endirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də