Britaniyanın tanınmış aktrisası Kira Naytli ( Keira Knightley ) qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
RegionTV.info Milli.Az-a istinadla bildirir ki, "The Love Actually" filmi ilə ulduzu parlayan aktrisa daha açıq-saçıq səhnələrə çəkilməyəcəyini elan edib.
"Chanel Connects"ə açıqlama verən aktrisa rejissorlar kişi olduğu müddətdə çılpaq səhnələrə çəkilməyəcəyini söyləyib. Aktrisa kişi rejissorların olduğu kinolardakı açıq-saçıq səhnələr zamanı özünü narahat hiss etdiyini dilə gətirib.
"Rejissorlar kişi olduğu müddətdə bir də kinolara lüt çəkilməyəcəyəm, ətrafda donuz kimi xoruldayan kişilər olan yerdə çılpaq qalmaq mənə diskomfort yaradır. Ətrafımda 30-dan çox kişinin kamerasının mənə zillənməsi və hamısının da fahişə gözüynən baxması mənim gözyaşlarımdan dəyərli deyil".
Xəbəri paylaş