Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İlham Əliyevlə Paşinyan RAZILIĞA GƏLDİLƏR

İlham Əliyevlə Paşinyan RAZILIĞA GƏLDİLƏR

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.

Liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.

Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də